Yeniyetmə qızlar məsciddə əxlaqsızlıq ediblər.
Oxu24.com xarici mətbuata istinadla xəbər verir ki, iki qız İngiltərənin Mançester şəhəri, Stansfield küçəsindəki Mədinə məscidinə gələrək əxlaqsızlıq ediblər. Bu zaman məsciddə ibadət edən möminlər olub.
Onlar qapıdan donuz basdırması asıb, sədəqə qutusuna seks oyuncaqları qoyub, yerə spirt töküblər.
Həmin anları özləri videoya çəkiblər. Videoya sosial şəbəkələrdə kəskin şəkildə etiraz edilib.
Məscidin nümayəndəsi bildirib ki, baş verənlərdən xəbəri var və polisə xəbər verilib.
Mançester polisi məsələ ilə bağlı açıqlama verməyib.
Oxu24.com
ŞƏRHLƏR