Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67900
az

Oruc tutmaq istəyən şəxslər- Bədəndəki bu əlamətlərə diqqət

09:4307 Aprel, 2022
1861
MARAQLI
  • A

Daxili Xəstəliklər üzrə uzman Dr. Fatma Özenç Turşak Ramazan ayı ilə bağlı mühüm açıqlamalar verib.

Oxu24.com  xəbər verir ki, həkim orucdan əvvəl bədəninizdəki bəzi əlamətlərə diqqət yetirməyi məsləhət görüb.

Uzunmüddətli aclığa adaptasiya prosesini asanlaşdıran məsləhətlər verən mütəxəssis 9 vacib qaydanı təqdim edib. Özünüzə nəzarət edin. Çox su içmək, tez-tez sidiyə getmək, ağızda quruluq, yeməkdən sonra pisləşmə, aclıq zamanı titrəmə və tərləmə kimi, şikayətləriniz varsa, sizdə insulin müqaviməti və ya reaktiv hipoqlikemiya ola bilər. Belə hallarda həkiminizlə məsləhətləşin. Şəkərli diabet, yüksək qan təzyiqi olan insanlar, diabet, hipertoniya, yüksək xolesterin kimi xəstəlikləri olanlar Ramazandan əvvəl mütləq müayinədən keçməlidirlər.

Qanda şəkər səviyyəsi və ya təzyiqi yüksək olan xəstələrin oruc tutub, ya bilməyəcəyinə müayinələrinə əsasən həkimin tibbi qiymətləndirmə verməsi məqsədəuyğun olardı. Vitamin səviyyənizi yoxlayın! Yorğunluqdan şikayət edənlər vitamin və qan dəyərlərini yoxlatdırmalıdırlar. Bu dəyərlər aşağı olarsa, vitamin əlavələri verilməlidir. Şiddətli vitamin çatışmazlığı olan və bu şəkildə oruc tutan xəstələrdə başgicəllənmə, huşunu itirmə və aşağı təzyiq müşahidə edilə bilər. Şəkərdən uzaq durun!

Şəkərli, qaymaqlı, yağlı, qızardılmış ağır qidalardan, sosiska və kolbasa kimi yağlı yarımfabrikat qidalardan və artıq kalorilərə səbəb ola biləcək şəkərli içkilərdən uzaq durun. Tərkibində glutatyon olan qidalara üstünlük verin Koronavirus, qrip və donuz qripi kimi virus infeksiyalarının intensiv olduğu bu dövrdə immunitetinizi gücləndirmək üçün bol C vitamini və glutatyon olan qidalardan yararlanın.

Ən çox C vitamini olan qidalar: portağal, naringi, qreypfrut kimi sitrus meyvələri, həmçinin ananas, kivi, qara üzüm, yaşıl bibər, noxud və papayadır. Qlutatyon tərkibli qidalara brokkoli, gül kələmi, Brüssel kələmi, avokado, qreypfrut, soğan və sarımsaq daxildir. Səhər yeməyi Səhər yeyə bilmirsinizsə, özünüzü buna alışdırın. Səhər yeməyini daimi olaraq yeyirsinizsə, əvvəlkindən daha tez yeyin. Xüsusilə porsiyalarınızı azaldın, salat kimi yüngül qidalara üstünlük verin, yağlı məhsulları azaldın. Beləliklə bədənin uzunmüddətli aclığa uyğunlaşması daha rahat olacaq. Liflə zəngin qidaları seçin Ramazanda ən çox təsirlənən həzm sistemimizin işini asanlaşdırın.

Ramazandan əvvəl yağlı, şəkərli və duzlu qidaları azaldın. Liflə zəngin tərəvəz və meyvələr yeyin. Beləliklə, həzm sisteminiz rahatlaşacaq və uzun aclıq prosesinə uyğunlaşmanız daha rahat olacaq. Sahurda pendir və yumurta Yavaş həzm olunan və gün boyu sizi tox bilən lifli qidalara üstünlük verin. Məsələn, tərəvəz, meyvə və kəpəkli çörək. Eyni zamanda pendir və yumurta da sizi daha gümrah saxlayacaq. İftarda yavaş-yavaş yeyin İftarda yeməyə 2-3 xurma ilə başlayın. Xurma karbohidrat, lif, kalium və maqnezium mənbəyidir. Sonra yüngül şorbalara keçin, 10 dəqiqə istirahət edib sonra əsas yeməyə keçin. Çox ədviyyatlı, qızardılmamış və az duzlu ana yeməyini yavaş-yavaş çeynəyin. Hər iftara salat və qatıq əlavə edin.

Tərəvəz və salatlarınızı müxtəlifləşdirin. Kofeinli içkilərin (çay, qəhvə və s.) istifadəsini məhdudlaşdırın. Çünki bədənin susuz qalmasına səbəb olurlar. İftardan 2 saat sonra süd, qatıq, kefir və ya meyvə ilə bir ovuc çiy qoz, fındıq və ya badam yeyin. /publika.az/

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO
112 yaşında öldü
Soğan gözümüzü niyə yaşardır?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO