Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67881
az

Duru yağlar bahalaşacaq! - XƏBƏRDARLIQ

22:0406 Aprel, 2022
543
REDAKTORUN SEÇİMİ
  • A

"Veysəloğlu" Şirkətlər Qrupunun distribusiya şirkəti “Veysəloğlu” MMC duru yağların təchizatı üzrə ölkə bazarında “Sunar”, “Avedov”, “Qidam” kimi markalarla müəyyən bir paya sahibdir.

Oxu24.com  xəbər verir ki, şirkətdən Marja.az-a bildirilib ki, hazırda davam edən Rusiya-Ukrayna münaqişəsi səbəbilə istehsalatın bütün sahələrində olduğu kimi, duru yağ istehsalında da ciddi bir sıxıntı yaranıb.

“Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq meneceri Elmar Çəltikov yaranmış vəziyyəti bu cür təsvir edir:

“Duru yağ qiymətlərində müşahidə olunan 30-50%-ə yaxın qiymət artımı Azərbaycan bazarındakı qiymətlərə də müəyyən bir artımla təsir edəcək. Biz “Veysəloğlu” MMC olaraq yarana biləcək çətinliyin qarşısını almaq məqsədilə artıq ehtiyat tədarük etmişik. Nəzərinizə çatdıraq ki, hazırda “Veysəloğlu” MMC tərəfindən distribusiya olunan duru yağ məhsullarının qiymətlərində artım olmayıb, lakin qlobal proseslərin fonunda yuxarıda qeyd olunan iqtisadi təsirlər səbəbilə qiymətlərdə müəyyən qədər artım olacağı gözlənilir”.


Qeyd edək ki, dünyada duru yağ istehsalında böyük pay Ukrayna və Rusiya bazarına aiddir. Yaranmış olan vəziyyətlə əlaqədar bir sıra ölkələr müəyyən addımlar atmışdır. Məsələn, Türkiyə ölkə daxilində yarana biləcək sıxıntının qarşısını almaq məqsədilə duru yağ ixracatını dayandırmışdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO