Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6779
az

Xroniki yorğunluq, qarın köpü və baş ağrılarından çox əziyyət çəkirsinizsə, deməli, BAĞIRSAQLAR...

01:2606 Noyabr, 2018
1008
TİBB
  • A
Bağırsaqlar insanın həzm traktının ən vacib hissəsi sayılır. Sağlam bağırsaq florası bədəni bir çox xəstəlikdən, hətta viruslardan qoruyur. Əgər siz düzgün qidalanmırsınızsa, bu, xroniki yorğunluğa, mədə pozğunluğuna, xoşagəlməz qoxuya, qəbizliyə, qarın köpünə, baş ağrılarına və ya kəskin ağız qoxusuna gətirib çıxara bilər.

Oxu24.com bu yazıda oxucuları bağırsağın təmizlənməsi üçün bir neçə üsullarla tanış edir.

Gil

Gil güclü absorbentdir, o, zəhərləyici maddələri udmağa qadirdir. Məhz sarı gil bağırsaq xəstəliklərinin müalicəsində effektlidir. Bundan başqa, qarınağrısı, irritabl bağırsaq sindromu, qarın köpü, qıcqırma kimi bir çox simptonları gilin köməyi ilə aradan qaldırmaq mümkündür. Bu, ona görə baş verir ki, mədə turşusu onun tərkibində kalsium, maqnezium, dəmir, mis, selen kimi bir çox mineralların sayəsində neytrallaşır.

Suyu düzgün için

Bu, sadə səslənir, amma çoxları bu qaydanı yerinə yetirməyə çətinlik çəkirlər. Gündə iki litrə qədər su içərək, bağırsaqlara toksinlərin öhdəsindən gəlməyə kömək edəcəksiniz. Bitki çayları, yaşıl kokteyl və ya təzə meyvə şirələri istifadə etmək olar.

Bağayarpağı toxumu

Bağayarpağı toxumları bağırsaqları təmizləmək üçün əla vasitədir. Onlar bütün zərərli maddələri süngər kimi özünə çəkir və bağırsaqları divarlarına yapışan şlaklardan təmizləyirlər.

Bu üsul sadəcə bağırsaqları şlaklardan və zəhərlərdən təmizləmir, eyni zamanda qanda xolesterinin səviyyəsini normallaşdırmağa imkan verəcək. Sorbent kimi hərəkət edərək, onlar bütün zərərli elementləri və şlakları orqanizmdən çıxarır ki, bu da öz növbəsində ürək-damar sisteminin xəstəliklərinin profilaktikası üçün yaxşı ola bilər. Sirr deyil ki, xolesterinin yüksək səviyyəsi orqanizmin tez-tez xəstələnməsinin başlıca səbəbidir.

Acı bitkilər

Acı bitkilərin istifadəsi bağırsağın selikli qişasını zərərli toksinlər, tullantı məhsulları, viruslar və bakteriyalardan təmizlənməsinə kömək edir. Odur ki, acı dadı olan tərəvəz və bitkilər sağlam bağırsaq florası yaratmaq üçün idealdır. Bu bitkilər arasına ənginar, gicitkən və zənciout daxildir. Onları dərman, çay, konsentrat və ya kapsul şəklində gündə 3 həftə olmaqla bir neçə dəfə qəbul edə bilərsiniz.

Düzgün qidalanma

Fast-fud və şirniyyat kimi qida dəyəri aşağı olan, az lifli məhsullar və sürətli yemək bağırsaqların fəaliyyətinin pozulmasına gətirib çıxarır. Həzmi yaxşılaşdırmaq üçün turşu-qələvi səviyyəsi balanslaşdırılmış yüksək lifli yeməklərə diqqət yetirmək lazımdır. Salatlar, meyvə və tərəvəz məhsulları digərləri ilə müqayisədə üstünlük təşkil etməlidir.

Brokkoli, kivi, gavalı, istiot, razyana, alma, kök, çuğundur və ispanaq xüsusilə liflə zəngindir. Bağırsaq turşusu səviyyələrini tənzimləmək üçün rozmarin kimi bitkilər, göbələklər, qoz-fındıq və paxlakimilər fəsiləsinə aid olan bitkilər istifadə edin.

Qarın boşluğunun masajı

Qarın boşluğuna masaj bu problemin aradan qalxmasına yaxşı kömək edir, onu təmizləyir və nəticədə detoktasiya baş verir. Bundan başqa, həzmi stimullaşdırılır və daha yaxşı işləyir. Bunun üçün gündə 2 dəfə: səhər və axşamı qarın boşluğunu masaj edin. Masaj zamanı nəfəs yavaş olmalıdır. Təzyiq özünüzü nə dərəcədə rahat hiss etdiyinizdən asılıdır.

Bağırsaqlar ikinci beynimizdir

Yekun olaraq qeyd edək ki, türkiyəli professor və kardioloq Canan Karatay bu yaxınlarda bağırsaqları insanın ikinci beyni adlandırmışdı:

"Antidepressantlar insanı sakitləşdirir və axmaqlaşdırır. Beyindəki bioloji və fizioloji prosesləri alt-üst edir. Nə üçün? Çünki bağırsaqlardakı floranı məhv edir. Dərmanların təsiri nəticəsində yaxşı bakteriyalar yox edilir, beləliklə, beyin pozulur. Çünki bağırsaqlar ikinci beynimizdir".

Odur ki, ikinci beyin funksiyasını yerinə yetirən orqanın sağlamlığına laqeyd yanaşmayın. (publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı