Sürücülərə müraciət olundu
02 Mart 2025, 01:18
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
328
04.04.2022, 20:07
Amerikalı həkimlər qanda şəkərin səviyyəsini azaltmağa kömək edə biləcək dörd sadə üsul açıqlayıb.
OXU24.COM xəbər verir ki, doktor Emi Xiss-Fişlin sözlərinə görə, sağlam və düzgün qidalanma qanda şəkər səviyyəsinin yüksəlməsinin qarşısını almağa kömək edəcək. O, istifadə edilən şəkər və karbohidratların miqdarını izləməyi, alkoqol qəbulunu məhdudlaşdırmağı və daha çox tərəvəz, meyvə və tam taxıl yeməyi məsləhət görür.
Xess-Fişl həmçinin müntəzəm məşq etməyi tövsiyə edir, çünki məşq qanda qlükoza səviyyəsini saxlamağa kömək edir. Bununla belə həkim xəbərdarlıq edib ki, bir insana artıq hipoqlikemiya diaqnozu qoyulubsa, məşq dayandırılmalıdır, çünki onlar nəinki şəkər səviyyəsini azaltmağa kömək etməyəcək, həm də onu daha da yüksəldə bilər.
Tibb elmləri doktoru Maykl Lin hesab edir ki, sağlam çəkidə qalmaq, eyni zamanda, artıq çəkidən qurtulmaq da şəkər səviyyəsini normallaşdıra bilər.
Həmçinin oxuyun
"Bizim tədqiqat göstərir ki, bir xəstə bir neçə ildir 2-ci tip diabetdən əziyyət çəksə belə arıqlamaqla xəstəliyin remissiyaya salınması tamamilə mümkündür', - Lin qeyd edib.
Şəkər səviyyəsini azaltmağın başqa bir vacib yolu da var. Həkimlər əmindir ki, stress səviyyələrini nəzarətdə saxlamaq olduqca effektiv təsir göstərir.
Amerika Diabet Assosiasiyasının araşdırması göstərir ki, stress hormonlarının həddindən artıq istehsalı qlükoza səviyyəsini artıra bilər. Bundan əlavə, daimi stress altında olan insanlar pis qidalanır və çox vaxt idman etmirlər, bu da onları avtomatik olaraq risk altına qoyur
20:01 / 01 Mart 2025
Yeni təyinat olub
141
14:54 / 01 Mart 2025
DYP-dən XƏBƏRDARLIQ
170
13:58 / 01 Mart 2025
Sürücülərə xəbərdarlıq
180
13:53 / 01 Mart 2025
Restoranlarda oruc açmaq neçəyədir? - VİDEO
184
13:26 / 01 Mart 2025
Otelin fəaliyyəti dayandırıldı
173
11:53 / 01 Mart 2025
Martda neçə gün evdəyik?
261
10:38 / 01 Mart 2025
Azərbaycanda Ramazan ayı başlayıb
161
20:41 / 28 Fevral 2025
Ağır tıxac var - SİYAHI
245
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.