6 nəfər həyatını itirib - ADLAR
01 Mart 2025, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
344
04.04.2022, 19:16
Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində yaşayan Sevinc İbadovanın özünə qəsd etməsinə görə əri Muğamat İbadova cinayət işi açılıb. Musavat.com xəbər verir ki, 46 yaşlı Sevinc İbadova özünü benzinlə yandırıb.
Araşdırma zamanı məlum olub ki, Sevinc İbadova uzun illər ərzində əri tərəfindən işgəncəyə məruz qalıb.
Sevinc dəfələrlə polisə şikayət edib. Hər dəfəsində əri söz verib ki, bir də bu hərəkətə yol verməyəcək.
Sevinc Muğamat İbadovla 1993-cü ildə ailə qurub. Onların bu evlilikdən iki övladı var.
Mərhumun övladları ifadələrində atalarının illərlə Sevinc İbadovanı döydüyünü, təhqir etdiyini deyiblər.
Muğamat İbadova qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 133-cü (əzab vermə) maddələrilə ittiham irəli sürülüb.
Həmçinin oxuyun
Mərhumun anası Axırbəyim Əhmədova deyib ki, qızı daha əvvəl dərman içərək intihar etmək istəyib. Amma onun həyatını xilas edə biliblər.
Qeyd edək ki, hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətlərilə Sevinc İbadovanı əvvəl Saatlı rayon Mərkəzi Xəstəxanasına aparıblar, oradan isə Bakıya göndəriblər. Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc İbadova dekabrın 24-də orada vəfat edib.
Sevinc xəstəxanada olarkən polis əməkdaşlarına izahat verərkən deyib ki, əri onu özünü öldürməyə vadar edib.
"Mənə elədiyi zülmlərə görə dəfələrlə qaynımgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalmışam. Tüfəngi mənə tuşlayırdı",- deyə mərhum son sözlərində qeyd edib.
Muğamat İbadov isə ittihamları qəbul etmir. Deyir ki, ailədə həyat yoldaşıyla aralarında söz-söhbət olsa da, onu döyməyibmiş.
16:26 / 28 Fevral 2025
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
152
15:26 / 28 Fevral 2025
Fatimə Mövlamlı saxlanıldı
290
13:16 / 28 Fevral 2025
Qadın xəstəxananın sanitar qovşağında uşaq dünyaya gətirib?
157
11:24 / 28 Fevral 2025
Şəhidin adından istifadə edib pul yığırdı - Tutuldu
119
20:31 / 27 Fevral 2025
MN-də 143 milyonluq mənimsəməyə görə tutulan xidmət rəisinin məhkəməsi başlayıb
168
19:52 / 27 Fevral 2025
"Şlyapa Zahid"in məhkəməsində sensassion ad çəkildi
170
19:23 / 27 Fevral 2025
Azərbaycanda it kişinin burnunu qopartdı
200
18:39 / 27 Fevral 2025
Baş İdarə əməliyyat keçirdi: Yarım milyona görə tutulanlar kimdir?
861
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.