Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67758
az

Ukraynalı jurnalist güllələnərək ÖLDÜRÜLDÜ

19:4403 Aprel, 2022
631
  • A

Rusiya-Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayı 6 nəfərə çatıb. İki həftə əvvəl itkin düşən ukraynalı fotoqraf və sənədli film rejissoru Maks Levin paytaxt Kiyev yaxınlığında ölü tapılıb.

Bu barədə aprelin 2-də prezidentin köməkçisi Andrey Yermak bildirib.

"Maks Levin martın 13-də Kiyev vilayətində münaqişə zonasında itkin düşmüşdü. Onun meyiti aprelin 1-də Quta Mejihirska kəndi yaxınlığında tapılıb", - deyə, prezident köməkçisi "Telegram" paylaşımında qeyd edib.

Sərhədsiz Reportyorlar Təşkilatı isə məlumat yayaraq bildirib ki, Levin öldürülərkən silahsız, əynində mətbuat gödəkçəsi olub. Beləliklə o, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri öldürülən altıncı jurnalistdir.

"Jurnalistləri hədəfə almaq müharibə cinayətidir", - deyə, Parisdə yerləşən Media Nəzarəti Təşkilatı bildirib.

Ukrayna Baş Prokurorluğu isə qeyd edib ki, ilkin məlumatlara görə Levin Rusiya hərbçiləri tərəfindən iki dəfə atıcı silahdan atəşə tutulub.

Dörd uşaq atası olan 40 yaşlı Levin "Reuters", "BB" və "Associated Press" də daxil olmaqla bir çox Ukrayna və beynəlxalq media ilə işləyirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın Putinə ultimatumunun ŞİFRƏLƏRİ -Ukraynada hansı ssenari tətbiq edilir?
Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı