Qadın ona fahişə deyən ərini öldürüb.
Oxu24.com xarici mətbuata istinadla xəbər verir ki, Avstraliyada yaşayan irlandiyalı 29 yaşlı Cathrina Cahill 4 uşaq atası olan nişanlısını bıçaqlayaraq qətlə yetirib.
Hadisə Sidney şəhərində baş verib.
Onlar hadisədən bir neçə həftə əvvəl nişanlanmışdılar.
Ötən ilin fevral ayında cinayəti törədən qadın cinayət şübhəlisi kimi saxlanılsa da, o, hələ ötən gün açıqlama verib və qətli etiraf edib.
Cathrina bildirib ki, nişanlısını söyüşə və "İndiyə qədər neçə kişiylə yatmısan? sualına görə bıçaqlayıb.
Cathrinanın dediyinə görə o, nişanlısını öldürsə də, onu çox istəyib.
Ona gələn ay hökm oxunacaq. Oxu24.com
ŞƏRHLƏR