Qaynar xətt:

(+99450) 247 90 86

Nazir hadisə yerində - FOTOLAR

REDAKTORUN SEÇİMİ

692

03.04.2022, 10:39

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

K.Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.