Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6774
az

Türkiyə ABŞ-a meydan oxudu: “Artıq səbrimiz qalmadı”

20:3405 Noyabr, 2018
903
  • A
“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”.
Bu sözləri Türkiyənin vitse-prezidenti Fuad Oqtay mətbuata açıqlamasında deyib.

Vitse-prezident qeyd edib ki, Türkiyənin bu mövzudakı yanaşması hər zaman konkret olub: “İlk mərhələdə cənub sərhədimizdəki bu yeniliklərdən, sərhəd xəttində açılan koridordan nə qədər narahat olduğumuz və PKK-nın, istər YPG deyin, istər PYD deyin – həmin təşkilatın varlığına icazə verməyəcəyimizi başından bəri ifadə etdik. Sərhədimizdə Türkiyəni təhdid edən heç bir ünsürün yerləşməyəcəyi nöqtəyə gəldiyimiz ana qədər mübarizəmiz davam edəcək. Ölkəmiz özünə qarşı heç bir təhdidə, heç bir yerdə hər hansı bir hadisəyə icazə verməyəcək. Bu günədək bu qərarlılığı sərgiləmiş və lazımi tədbirlər görülmüşdür”.

Qeyd edək ki, Türkiyə cənub sərhədində torpaqlarının təhlükəsizliyinə təhdid hesab etdiyi PKK terror təşkilatına qarşı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla həyata keçirərək bölgənin böyük qismini terrorçulardan təmizləyib. Münbiçin terrorçulardan təmizlənməsi məsələsində isə ABŞ Türkiyə ilə razılığa gələrək bölgəyə birlikdə daxil olmağı və birgə nəzarət etməyi təklif edib. Lakin ABŞ bölgənin təhlükəsizlik tədbirləri ilə bağlı görüləcək işləri təxirə salır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Almaniya Trampı HƏDƏLƏDİ: "Bu işə yaramırsa.."
Tramp Rusiya və Ukrayna ilə əlaqə saxladığını AÇIQLADI

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Emin İbrahimovun    məhkəməsi     başladı