Qaynar xətt:

(+99450) 247 90 86

Kuleba Yaponiya xarici işlər naziri ilə Polşada danışıqlar apardı

CƏMİYYƏT

338

02.04.2022, 23:01

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Polşaya səfəri zamanı ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb. 

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir .

Hayaşi, Kuleba ilə söhbətində Ukrayna ilə həmrəy olduğunu bildirib. "Mən demək istəyirəm ki, Yaponiya hökuməti və xalqı sizinlə, Ukrayna xalqı ilədir”-deyə nazir bildirib. O, həmçinin qeyd edib ki, dünya ictimaiyyəti, o cümlədən G7 ölkələri bir çox sahələrdə Rusiyaya qarşı güclü sanksiya tədbirləri həyata keçirir.