Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67666
az

SON DƏQİQƏ! Ukrayna qırıcıları Rusiya şəhərini bombaladı: Neft bazası partladıldı

09:0601 Aprel, 2022
9900
DÜNYA
  • A

Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.

Oxu24.cm “TASS”a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

“Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur”, - Qladkov yazıb.

Qeyd edək ki, Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, "Belqorodnefteprodukt" ASC-də yanğın olması barədə məlumat daxil olub. Yanğın neft anbarındakı yanacaq çənlərini bürüyüb. Nəticədə iki fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür.

SON DƏQİQƏ! Rusiya qərar verdi

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreya müxalifəti deputatları parlamentə çağırır
Finlandiya cəbhədə Ukrayna Silahlı Qüvvələri üçün həyəcan verici tendensiya olduğunu bildirdi
Cənubi Koreya parlamentinə giriş hərbi vəziyyətə görə bağlanıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü