Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67623
az

SON DƏQİQƏ! Ukrayna Müdafiə Nazirliyi açıqlama yaydı: Gecə nə baş verib?

10:0031 Mart, 2022
1986
DÜNYA
  • A

“Rusiya rəhbərliyi işğal etdiyi ərazilərdə müvəqqəti yerli hakimiyyət orqanlarının formalaşdırılması məsələsini nəzərdən keçirir”.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsindəki operativ məlumatında bildirilib.

Məlumata görə, Rusiyada həmin əraziləri idarə etmək üçün güc strukturlarına, prokurorluq və məhkəmə orqanlarına əməkdaşlar seçilir. Bu seçkidən sonra onlar Ukrayna ərazisinə göndəriləcək:

“Xerson vilayətində psevdorespublikanın yaradılması ssenarisinin reallaşdırılması üçün Rusiya Federal Təhlükəsizlik Xidməti, 652-ci informasiya-psixoloji əməliyyat qrupu və RF Baş Qərargahının 12-ci idarəsinin əməkdaşları işləyir. Onlar əsasən “izahedici işlə” məşğul olacaq”.

Bildirilib ki, Rusiya Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşunun 60-cı əlahiddə motoatıcı briqadasının bölmələrinin iki komandiri döyüş əmrini yerinə yetirməkdən imtina etdikləri üçün tutduqları vəzifədən azad ediliblər.

Məlumata görə, Baltik donanmasının birlik və hərbi hissələrində, o cümlədən 11-ci ordu korpusunun 79-cu əlahiddə motoatıcı briqadasının hərbçiləri hərbi xidmətin müddətinin uzatmaq üçün müqaviləni imzalamaqdan imtina ediblər.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisinə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir.

“Donetsk və Luqansk istiqamətində 5 hücumun qarışısı alınıb. Ukrayna hərbçiləri 10 tank, 18 zirehli texnika, 13 avtomobil, 15 artilleriya qurğusu məhv edib. Ötən sutkada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Donanması 7 hava hədəfini – 4 döyüş təyyarəsi, bir PUA və 2 qanadlı raketi sıradan çıxarıb.

Rusiya çoxlu sayda canlı qüvvə itirib”, - Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatında vurğulanıb.

Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Qətərə gedə bilər
Paşinyan Fransaya getdi
Hizbullah İsrailin şimalına daha 100 raket atıb

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda evdən 8 min manatlıq oğurluq