Qaynar xətt:

(+99450) 247 90 86

Otaqdakı virusların 98 %-ni məhv edən yeni vasitə təqdim olunub

CƏMİYYƏT

233

29.03.2022, 19:51

Amerika və Britaniya alimləri beş dəqiqə ərzində otaqda olan mikrobların 98%-ni məhv edən "Far-UVC" yeni tipli ultrabənövşəyi şüalanmanı təqdim ediblər.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, işıqlar tavana quraşdırıla və hava-damcı yoluyla xəstəliklərinin insandan insana ötürülməsini azalda bilər.

Bu vasitə həmçinin COVID və qripə qarşı da effektlidir.

Alimlərin fikrincə, "Far-UVC" insanların sağlamlığına təhlükə yaratmadan otağı dezinfeksiya etmək üçün ən ucuz üsuldur.

Qeyd edək ki, adi ultrabənövşəyi şüalar gözlərə və dəriyə zərər verə bilər.