Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67447
az

“Ukraynada 1119 mülki şəxs həlak olub” - BMT

00:4728 Mart, 2022
743
DÜNYA
  • A


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, 24 fevral - 26 mart tarixləri arasında Rusiya - Ukrayna müharibəsində 3 milyon 821 min 49 qaçqının qonşu ölkələrə keçdiyi bildirilib.

OXU24.COM xəbər verir ki, bu ölkələr arasında əsasən Polşa (2 milyon 267 min 103), Rumıniya (586 min 942), Moldova (381 min 395), Macarıstan (349 min 107) və Slovakiyanın (272 min 12) olduğu qeyd edilib.

Həmçinin, 21-23 fevralda 50 min insanın Donetsk və Luqansk vilayətlərindən Rusiyaya getdiyi vurğulanıb.

Digər tərəfdən, BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı Ukrayna daxilində də 6,5 milyon dinc sakinin didərgin düşdüyünü və beləliklə, qaçqın və məcburi köçkünlərin ümumi sayının 10 milyona çatdığını diqqətə çatdırıb.

Həmçinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 26-dək Rusiya - Ukrayna müharibəsində ən azı 1119 mülki şəxs həlak olub, 1790 mülki şəxs isə yaralanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski F-16 qəzasına görə onu vəzifədən qovdu
Hindistan təcili olaraq Amerika pilotsuz təyyarələri alır
Donetskdə son durum: yüzlərlə ailə təxliyə edilir

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO