Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6741
az

Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu

22:1404 Noyabr, 2018
794
MARAQLI
  • A
 Kifin ən çox sevdiyi yerlərdən biri də paltaryuyan maşının rezinidir. Çünki məhz burda onun yaranıb, yayılması üçün rütubətdən tutmuş, isti temperaturadək bütün şərtlər var.

Oxu24.com-un təqdim etdiyi ən sadə məhlulun köməyilə paltaryuyan maşınınız ilk günkü təmizliyinə geri dönəcək.

Məhlulun tərkibi:

tərkibində xlor olan təmizləyici vasitə

25 qr limon duzu

qalın rezin əlcək

süngər

Hazırlanma və istifadə qaydaları:

Öncə maşının içərisini və rezinini quru parça və ya salfetlə təmizləyin. Sonra xlorlu təmizləyici vasitəni rezinin içərisinə hərtərəfli töküb, süngərlə sürtün. Paltaryuyanın qapağını bağlayıb, 2 saat saxlayın. Sonra "Yaxalama" funksiyasını qoşub, içiboş maşını işə salın. Sonra limon duzunu təmizləyici toz üçün nəzərdə tutulmuş gözə töküb, maksimal istilik funksiyasını qoşun. Yenidən boş paltaryuyan maşını işə salın.

Sonda isə nəzərinizə çatdıraq ki, bu problemlə qarşılaşmamaq üçün. Paltaryuyanın rezinini hər dəfə paltaryuduqdan sonra quru dəsmal ilə silin. Qapısını açıq saxlayın, və iki aydan bir bu üsuldan istifadə edin.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO
Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Xadimə ilə xəyanət etdi: Tanınmış cərrahın ölümünün təfərrüatları