Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6735
az

BAD-lar bədxassəli şişləri böyüdür – Sübut olundu

20:3904 Noyabr, 2018
995
TİBB
  • A


Antioksidant təsirli Bioaktiv qida əlavələrinin orqanizmdə bədxassəli törəmələri artırdığını, böyütməsi barədə yeni elmi araşdırma və sübutlar ortaya qoyulub.
Oxu24.com medicina.az-a istinadən bildirir ki, heyvanlar və insanlar üzərində aparılan təcrübə göstərib ki, antioksidant effektli BAD-lar, vitaminlər melanoma şiş hüceyrələrinin böyüməsini sürətləndirir.

İsveçrəli elmlər namizədi Kristel le Qell bildirir ki, antiaoksidantlar xərçəngdən profilaktika və müalicə üçün effektiv deyil. Ən yaxşı halda o heç bir təsir etməyəcək, ən pis halda isə xəstəliyi ağırlaşdırıb, şişləri böyüdəcək.

Sərbəst radikalları zərərsizləşdirmək kimi möcüzəvi gücü olan antioksidantların xərçəngdən müdafiə etməsi ideyası bir neçə illərdir ki, gündəmdədir və hər il minlərlə insan minlərlə sayda belə təsirli BAD-lar alaraq milyonlarla vəsait xərcləyir.

İndi isə məlum olub ki, antioksidantlar sağlam hüceyrələri qoruduğu kimi, şiş hüceyrələrini də qoruyur və böyüdür.
Belə ki, Geteborqdan olan tədqiqat qrupu professor Martina Berqonun rəhbərliyi altında apardıqları elmi təcrübələrdə bu qənaətə gəldilər ki, antioksidant təsirindən ağciyər xərçəngi və melanoma metastazı daha da sürətlənib.

Siçanların xərçəng şiş hüceyrələrini tədqiq edən Kristel Ge Qal bir sıra antioksidantlara bu hüceyrələrin cavabını incələyib.

" Nəzəriyyəyə görə, sərbəst radikalların sintezi azalmalı, DNK-nın zədələnməsinin qarşısı alınmalıydı. Lakin biz əksini gördük: antioksidantlar sağlam hüceyrələrlə yanaşı, şiş hüceyrələrini də aktivləşdirdi. Deməli, onun üçün hüceyrə fərqi yoxdur. Digər tərəfdən, hətta hələ diaqnoz olunmamış xərçəng xəstəsi bilmədən bu BAD-ları qəbul etsə, şiş hüceyrələrini daha da böyütmüş olacaq. Bir yol qalır: antioksidantlar qəbul etməzdən əvvəl şiş hüceyrəsi olub-olmamasını dəqiq diaqnozla bilmək. Bu isə çox çətin prosesdir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır