Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib. Şəhər Hərbi Komendantlığından “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv edilib.
Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artilerioya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.
Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.
Oxu24.com
ŞƏRHLƏR