Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda kişi arvadını maşınla vurdu, sonra bıçaqladı

CƏMİYYƏT

311

24.03.2022, 19:19

Goranboy rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

Hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb.

Belə ki, rayonun Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Mehman həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanəni idarə etdiyi “Range Rover” markalı avtomobillə vurub.

Daha sonra isə qadına üç bıçaq zərbəsi yetirib. 

Ə.Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.