Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67312
az

Sergey Şoyqu haradadır? - ŞOK DETALLAR

17:5324 Mart, 2022
1274
ÖZƏL BÖLÜM
  • A

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun martın 11-dən sonra ictimaiyyət arasında görünməməsi Qərb mətbuatında ciddi müzakirələrə səbəb olub.

Oxu24.com xəbər verir ki, bu barədə müxtəlif versiyalar səsləndirilir. Bəzi analitiklər hesab edirlər ki, nazirin ortalıqdan yoxa çıxması Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olması, eləcə də bunun Prezident Vladimir Putinin komandasında yaratdığı fikir ayrılıqları və parçalanmalarla bağlıdır. Onların fikrincə, Kremllə ordu rəhbərliyi arasında fikir ayrılığı var. Digər bir versiyaya görə, sadəcə S.Şoyqunun səhhətində ciddi problemlər yaranıb, ona görə də tədbirlərdə görünmür, mətbuatın qarşısına çıxmır.

Maraqlıdır ki, Rusiyanın Ukraynana hərbi müdaxiləsinin hələ ilk günlərində bir çox politoloqlar, hərbi ekspertlər müharibədən sonra S.Şoyqunun vəzifəsindən kənarlaşdırılacağını proqnozlaşdırırdılar. Çünki ordu ümidləri doğrultmamış, ən qısa vaxtda paytaxt Kiyevə girməyi bacarmamışdı.

İddiaların daha da artdığı bir vaxtda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib.

“Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”, - o söyləyib.

D.Peskov müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: “Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.

Kreml sözçüsünün bu açıqlamanı verdiyi bir vaxtda S.Şoyqu barədə başqa bir informasiya da yayılıb. “RİA Novosti” xəbər verir ki, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb.

Lakin agentlik S.Şoyqunun iclas keçirdiyinə dair foto və video yaymayıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO