Qusar şəhərində intihar hadisəsi baş verib.
Oxu24.com report-a istinadən bildirir ki, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.
M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib. Oxu24.com
ŞƏRHLƏR