Ukrayna Silahlı Qüvvələrinin 128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya Silahlı Qüvvələrinin Vladikafkaz üzrə polkovnik-leytenantı Koşel Aleksandr Oleqoviçi əsir götürüblər.
OXU24.COM bu barədə Ukrayna mediasına istinadən xəbər verir. Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında verdiyi xəbərə görə, əsir götürülən zabit Rusiya ordusunun 47084 saylı hərbi hissəsinin informasiya-psixoloji əks-tədbir qrupunun rəhbəridir.
Əsir götürülən polkovnik-leytenant Aleksandr Oleqoviç Koşelin fotosu internetdə də tirajlanıb.
Koşelin tutulmasından dərhal sonra ruslar onu azad etmək üçün xeyli qüvvə cəlb etsə də, düşmənin həmləsi uğursuz olub və əsir təhlükəsiz şəkildə arxa cəbhəyə təhvil verilib.
Oxu24.com
ŞƏRHLƏR