Rusiyada yanğın baş verdi
14 Mart 2025, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
611
20.03.2022, 00:59
Rusiyanın Müdafiə Nazirliyi bu gün səhər saatlarında Ukraynanın qərbində yerləşən silah-sursat anbarına hipersəs sürətli “Xəncər” (“Kinjal”) raketi ilə zərbə endirildiyini açıqlayıb. Bu, həmin raketin ilk döyüş tətbiqidir və Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov yeraltı sursat anbarının “məhv edildiyini” bildirib.
“Xəncər” aeroballistik raketinin daşıyıcısı MiQ-31 qırıcısıdır və o silahlanmaya 3 il əvvəl daxil edilmişdi. İndiyədək raketin döyüş tətbiqi haqda məlumat verilməmişdi.
Ukraynanın Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, həqiqətən düşmən Karpatyanı bölgədə, İvano-Frankovskda raket və aviasiya sursatlarının saxlanıldığı yeraltı anbara raket zərbəsi endirib.
“Raketin tipi müəyyən ediləcək. Bizdə dağıntı, anbarın zədələnməsi faktı var. Sursatın detonasiyası baş verib. Zərərçəkənlərin sayı müəyyənləşdirilir”, - o bildirib. Bununla belə Ukrayna komandanlığı zərbənin məhz “Xəncər” raketi ilə endirildiyini təsdiq, yaxud təkzib etməyib.
“Ukrayna təəssüf ki, Rusiyanın raket silahlarının bütün arsenalının sınaqdan keçirilməsi üçün poliqon olub. Onlar iki min kilometr, beş min kilometr uçan raketlər tətbiq edirlər-bunlar həm qanadlı raketlərdir, həm “İsgəndər” operativ-taktiki kompleksləridir, “Kalibr” qanadlı raketləri və digərləridir. O cümlədən X-101, X-55, X-555 raketləri. Rusların lovğalandığı “Xəncər” haqda da danışılıb. Biz raketin əslində nə olduğunu bilmirik, hələlik təsdiq edə bilmərik”, - İqnat deyib.
Həmçinin oxuyun
İvano-Frankovsk vilayətinin Delyatina qəsəbəsinin sakinləri isə raket zərbəsindən sonra vəziyyətin sakit olduğunu deyiblər: “Nə tüstü var, nə yanğın”.
Xatırladaq ki, ötən gün Rusiya strateji bombardmançıları Lvov aeroportu rayonunda yerləşən aviasiya təmiri zavoduna X-55 qanadlı raketləri ilə zərbələr endirmişdilər, nəticədə zavodun binasında dağıntılar baş vermişdi.
Ukrayna Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərazində operativ vəziyyətdə ciddi dəyişiklik baş verməyib və Rusiya ordusu heç bir istiqamətlərdə irəliləyiş əldə edə bilməyib. Onlar tutduqları mövqelərdə möhkəmlənməyə çalışırlar və müdafiəyə keçiblər. Bununla belə yaşayış məntəqələrinə raket-bomba zərbələrinin endirilməsi davam edir
10:23 / 14 Mart 2025
Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
1
10:10 / 14 Mart 2025
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal
21
09:46 / 14 Mart 2025
Rusiyada yanğın baş verdi
16
09:45 / 14 Mart 2025
ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto
16
09:41 / 14 Mart 2025
Dəm qazından öldü
12
09:30 / 14 Mart 2025
Zelenski türkiyəli nazirlərlə iftar açdı - Foto
17
09:15 / 14 Mart 2025
"WhatsApp"da yeni funksiya...
32
09:00 / 14 Mart 2025
Azərbaycanda qadın öz saxladığı itin qurbanı oldu - VİDEO
30
08:51 / 14 Mart 2025
"Gecələr yata bilmirik, hər an hücum ola bilər"
28
08:41 / 14 Mart 2025
Bakı və İrəvanın razılaşması...
28
08:15 / 14 Mart 2025
Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb
32
07:59 / 14 Mart 2025
Putin bu sözləri Trampa deməyə qorxur
52
22:36 / 13 Mart 2025
TƏBİB-in əməkdaşı qəzada öldü
104
21:47 / 13 Mart 2025
ABŞ Aİ-nin nə qədər tez silahlandıra biləcəyini proqnozlaşdırdı
95
21:31 / 13 Mart 2025
8 nəfər dönərdən zəhərlənib
97
21:28 / 13 Mart 2025
Tramp Ukrayna ilə əraziləri müzakirə etməkdən danışıb
100
20:22 / 13 Mart 2025
Şamaxıda faciə: Ölənlər var
1212
20:17 / 13 Mart 2025
Deripaska neftin qiymətini 50 dollar səviyyəsində proqnozlaşdırır
113
20:07 / 13 Mart 2025
Görünüşü ilə heyran edən "Kaqu" quşları - VİDEO
145
19:52 / 13 Mart 2025
Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
621
19:46 / 13 Mart 2025
ABŞ NATO ölkələrinin hava hücumundan müdafiəsi ilə bağlı problemlərə diqqət çəkib
134
19:33 / 13 Mart 2025
Türkiyənin yeni planı
130
19:32 / 13 Mart 2025
4 vəkilə xəbərdarlıq edilib
133
19:19 / 13 Mart 2025
17 yaşlı oğlan qətlə yetirilib
132
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.