ABŞ vətəndaşı Ukraynanın Çerniqov şəhərində öldürülüb.
Bu barədə CNN Dövlət Departamentinə istinadən məlumat yayıb.
“ABŞ Dövlət Departamenti Ukraynada bir ölkə vətəndaşlarının ölüm faktını təsdiqləyib”, - deyə telekanal bildirib.
ABŞ Xarici İşlər Nazirliyi insidentlə bağlı əlavə şərh verməkdən imtina edib. Hələlik ölən şəxsin kimliyi barədə məlumat verilmir.
Ukraynada vəzifə başında olan media nümayəndələri rusların top atışının hədəfi olub.
Təchizatları zərər görən televiziya komandası o anları telefonun yaddaşına köçürüblər.
Çexiyaya məxsus rusca yayımlanan “Current Time”ın müxbir və operatorları Kiyevdə ölümdən dönüblər. Onlar iş başında olarkən rusların ardıcıl hücumlarına məruz qalıblar.
Məlumata görə, onlar hadisə zamanı xəsarət almayıblar
Oxu24.com
ŞƏRHLƏR