Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67040
az

Günün qoroskopu: Yaşamınızda ciddi dəyişikliklər olmayacaq17 Mart 2022

00:2817 Mart, 2022
504
CƏMİYYƏT
  • A

Günün ikinci yarısında köhnə dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər. Çoxdan bəri həllini tələb edən problemlərdən birini çözmək olar.

Dəvət aldığınız tədbirə qatılmaq emosional durumunuza müsbət təsir edəcək. Ətrafınızdakı aləmi dəyişməyə başlamaq əvəzinə yaşam arealınızda yeniliklərə başlayın.

Əqrəb - Yeni işlərə və layihələrə başlamaq üçün əlverişli zaman deyil. Genişmiqyaslı layihələrə start verməyin, kiçik işlərlə kifayətlənməyə çalışın. Ünsiyyətdə problemlər yarana bilər. Yardım üçün müraciət etsəniz də, sizə kömək etmək istəyən yoxdur. Karyeranızın inkişafı və maddi rifahınızın asılı olduğu insanlarla təmaslarda problemlər yaratmayın.

Günün ikinci yarısında ifrat dəqiqlik və konsentrasiya tələb etməyən, sadə, anlamlı işlərlə məşğul olun. Risk etmək, bəxtə bel bağlamaq, uğura güvənmək yersizdir. Sükan arxasında çox vaxt keçirməyin.

Oxatan - Bir çox məqamlar baxımından uğurlu gündür. Yaxın insanlarla təmaslardan həzz almaqla yanaşı, peşəkar fəaliyyət müstəvisində işləri qaydaya sala bilərsiniz. Maliyyə çətinliklərini aradan qaldırmaq imkanları var. Mühüm sənədləri hələlik imzalamayın. Ümumiyyətlə, sənədləşdirmə işlərindən kənar durmağa çalışın. Diqqətli olun, ciddi səhvlərə yol verməyin.

Günün ikinci yarısı dostlarla görüşlər, qohumlarla ünsiyyət, romantik təmaslar üçün uğurludur. Tək-tənha qalanda özünüzü yaxşı hiss etimirsiniz. Bədbin fikirlər sizi çulğayır. Əhvalınızın pisləşməsinə yol verməmək üçün nikbin davranın.

Oğlaq - Kiçik problemlər və xoşagəlməz olaylar istisna olmasa da, ümumən gün pis deyil. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda belə xoş təəssürat yarada bilərsiniz. Nüfuzlu insanlardan dəstək almaq, haminin yardımlarına nail olmaq mümkündür. Biznes və ya kommersiyada yeni layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərə müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla təmaslarda asanlıqla dil tapıb ortaq məxrəcə gəlin. Yardıma ehtiyacı olanlara kömək edin. Yeni romantik macəra istisna deyil.

Laqeyd qaldığınız insanla münasibətləri bərpa edə bilərsiniz.

Dolça - Nüfuzlu şəxslərlə təmaslar və yeni tanışlıqlar üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla yanaşı, ünsiyyətdə olduğunuz insanlarda özünüzlə bağlı xoş təəssüratlar yarada bilərsiniz. Yeni tərəfdaşlar və müttəfiqləriniz olacaq. Problemlərin həllində yaradıcı yanaşmanı nümayiş etdirmək olar.

İctimai olaylara və siyasətə maraq arta bilər.

Planlaşdırılmamış səfərlər və səyahət istisna deyil. Yaşam, fəaliyyət arealının dəyişdirilməsi, hətta köç üçün pis vaxt deyil.

Yaşamınızda ciddi dəyişikliklər olmayacaq. Buna rəğmən situasiya sizi təmin edir.

Balıqlar - Günün ilk yarısında mühüm və önəmli işləri planlaşdırmayın. Xoş görüş, maraqlı insanlarla təmaslar, parlaq təəssüratlar ola bilər. Cari işlər sizə darıxdırıcı və rutin təsir bağışlaya bilər. Onları başqalarına tapşırmaq istəyirsiniz. Lakin belə insanlar yoxdur. Özünüz çalışın, işləri başa vurun. Yarımçıq işlər qoymayın.

Günün ikinci yarısı daha uğurlu olacaq. Başladığınız işlərdə uğur qazana bilərsiniz.

Maliyyə işlərində və şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Yaxın ətrafınızdakı insanlar sizə paxıllıq edəcəklər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO