Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66968
az

SON DƏQİQƏ: NATO 30 min əsgər və 220 təyyarə ilə HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

17:1515 Mart, 2022
1436
REDAKTORUN SEÇİMİ
  • A

NATO Norveçdə təxminən 30 min hərbçi, yüzlərlə təyyarə və gəminin iştirakı ilə təlimlərə başlayıb.

Oxu24.com  xəbər verir ki, mart və aprel ayları ərzində davam edəcək “Soyuq cavab-2022” təliminə Avropa və Şimali Amerikadan NATO müttəfiqləri ilə yanaşı, ittifaq tərəfdaşları İsveç və Finlandiyadan olan əsgərlər də qatılıb.

Hava, quru və dəniz qüvvələrinin təlimində 27 ölkədən 30 min əsgər, 220 təyyarə və 50-dən çox gəmi soyuq hava şəraitində və çətin relyefdə təlim keçir.

Təlimdə “Norveçə hücum edildiyi və müttəfiqlik müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə salındığı” ssenari tətbiq edilir.

NATO-nun verdiyi açıqlamada təlimin müdafiə məqsədi daşıdığı, çoxdan planlaşdırıldığı və Rusiyanın Ukraynaya hücumu ilə bağlı olmadığı vurğulanıb.

“Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan bütün ölkələrdən müşahidəçilər “Soyuq cavab-2022” təliminə dəvət edilmişdi, lakin Rusiya dəvəti rədd etdi. Norveç müddəti uzadıb, müşahidəçilərin qeydiyyatı martın 23-dək davam edəcək” - deyə məlumatda qeyd olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Separatçılarla bağlı qərar verildi
Bakıda 80 min manatlıq saatın oğurluğu kameraya düşdü - VİDEO
Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi