Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66958
az

Çavuşoğlu: “Sergey Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”

14:4915 Mart, 2022
393
SİYASƏT
  • A

“Bu günədək Ukraynadan 14 800-dən çox vətəndaşımızı təxliyə edə bilmişik. Hazırda 300-350 civarında vətəndaşımız orada qaldığını görürük. Bu rəqəm gündəlik dəyişir. Mariupolda da 100-dən çox vətəndaşımızın olduğunu müşahidə edirik. Ora ilə əlaqəmiz çox güclü deyil, hazırda peyk telefonu vasitəsilə oradan məlumat ala bilmişik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Mariupoldan təxliyəsi məsələsi martın 10-da baş tutan görüşdə də qaldırılıb:

“Hər iki tərəfdən yardım istədik. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Digər tərəfdən, bu insanların ərazidəki faktiki durumunu nəzərə alaraq oradan sağ-salamat xilas edilməsi üçün hər iki tərəflə də müzakirələrimizi davam etdiririk. Digər telefon danışığında isə sadəcə vətəndaşlarımızın və ya orada humanitar dəhlizin açılması üçün deyil, martın 10-dakı görüşü də müzakirə etdik”.

Nazir qeyd edib ki, vətəndaşların təxliyəsi ilə əlaqədar bu gün və ya sabah gözəl xəbərlər gözlənilir:

“Dostlarımız bu gün bəzi şəhərlərdən vətəndaşlarımızı evakuasiya etmək üçün çalışırlar. Kiyevdən vətəndaşlarımızın göndərilməsi nəzərdə tutulur. Lvovdan 2 avtobusun yola salınmasını planlaşdırırıq. Onlardan biri Krım tatar türklərini daşıyacaq. Bu gün daxil olan müraciətlər əsasında Odessadan avtobus yola salacağıq. Biz də bacardığımız qədər başqa ölkələrin vətəndaşlarına kömək edirik. Vətəndaşlarımızın Mariupoldan təxliyəsi ilə bağlı dünən axşam Sergey Lavrov mənə zəng edib, tədricən şərait formalaşır, bu gün və ya sabah xoş xəbər gözləyirik”.

M.Çavuşoğlu Ukraynanın Mariupol şəhərində qalan Türkiyə vətəndaşlarının qida problemi olmadığını vurğulayıb:

“Vətəndaşlarımızın məsciddə yemək-içmək problemi olmadığını öyrəndik. Amma biz digər mülki şəxslərin buradan çıxarılması üçün hər iki tərəflə humanitar atəşkəs üzrə səylərimizi davam etdirəcəyik. Yenə də Ukraynada daimi atəşkəs və iki tərəfin atəşkəsin davamlı olması və sonra öz aralarında razılığa gəlməsi məsələləri var. Həmin məsələlərdə də müəyyən yaxınlaşma var. Bu baxımdan biz əlaqələrimizi fasiləsiz davam etdiririk. Bu gün səhər biz Ankarada Ukrayna danışıqlar heyətindən yoldaşlarla görüşdük. Bu həftə çoxlu üz-üzə görüşlərimiz, telefon danışıqlarımız, həmçinin təmaslarımız olacaq. Bu gün Nazirlər Kabinetinə bu görüşlər barədə məlumat verəcəyəm. Qarşıdakı dövrdə atdığımız və atacağımız addımlar barədə sizə məlumat verəcəyəm”.

Xatırladaq ki, müharibənin ilk günlərindən Rusiya Silahlı Qüvvələri Ukraynanın sərhədyanı bölgəsində yerləşən Mariupol şəhərini ələ keçirərək Krım yarımadası ilə birbaşa quru əlaqənin yaradılmasını istəyir. Strateji əhəmiyyətə sahib olan bu şəhərin uzunmüddətli mühasirəsinə baxmayaraq, Rusiya qoşunları hələ də şəhərə daxil ola bilməyib. Şəhərdən vətəndaşların təxliyəsi qismən mümkün olsa da, humanitar faciə davam edir.   

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar
Rəsmi Bakıdan İsrailə mesaj:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı