Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6693
az

Xaçaturov dövrü bitdi-Ermənilərə KTMT-də zərbə

22:1302 Noyabr, 2018
891
  • A
Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Oxu24.com  "RİA Novosti"yə istinadən xəbər verir ki, baş katibin vəzifələrini onun müavini Valeri Semerikov icra edəcək.

Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Qeyd edək ki, Ermənistanda müstəntiqlər Xaçaturovu 2008-ci il martın 1-də etiraz aksiyalarını dağıtdığı üçün konstitusiya qaydalarını pozmaqda ittiham edirlər. Məhkəmə Xaçaturovu zaminə buraxıb.

2008-ci ildə seçkilərdə Serj Sarkisyana məğlub olan ilk prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə erməni müxalifəti Yerevanın mərkəzində seçkilərin nəticələrinə etiraz olaraq mitinqlər keçirib. Etiraz aksiyaları zamanı polis və mitinqçilər arasında toqquşma baş verib, nəticədə 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.

Xüsusi istintaq xidməti Xaçaturovla yanaşı keçmiş prezident Robert Koçaryan və keçmiş müdafiə naziri Mikayel Harutyunayanı da ittiham edir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail 110 fələstinli məhbusu azad edəcək
Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ
Tramp Netanyahunu Ağ Evə dəvət etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi