Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6690
az

Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

20:3602 Noyabr, 2018
1127
  • A
 Bakı Apellyasiya Məhkəməsində müğənni Təranə Qumral barəsində cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Oxu24.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral dörd min manat məbləğində cərimə edilib.
Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb.
Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib.
Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.
Buna görə də Nazənin məhkəməyə müraciət edib.
Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.
Təranə Qumralın Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməsi, dediklərinə təkzib verməsi barədə qərar verilib.
Lakin Təranə Qumral məhkəmə qərarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elnur ilk dəfə xanımı ilə görüntüləndi - VİDEO
Xatunun ailəsində toy - məşhurlar axın etdi - VİDEO
Röyanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdülər - FOTO

Antarktidada qlobal istiləşməni təhdid edən metan sızması aşkar edilib

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Limonlu çayın faydaları...
Yardımlıda məktəb       binasında     yanğın