Rusiya Federasiyası Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentin bir hissəsini Ukraynaya köçürür.
Oxu24.com xəbər verir ki, Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, işğalçı qoşunların itkilərini təcili olaraq bərpa etmək üçün Rusiya Silahlı Qüvvələri sülhməramlı kontingentin bir hissəsini Qarabağdan Ukraynaya köçürür.
Həmçinin vurğulanır ki, mövcud məlumatlara görə, başqa ölkələrdən çoxlu sayda muzdlu döyüşçülər cəlb olunur. Söhbət Suriya və Serbiyadan gedir.
Eyni zamanda, Ukrayna ərazisində döyüş əməliyyatları aparmaq üçün əlavə bölmələr hazırlanır.
Belə ki, mövcud məlumata görə, martın 9-10-da Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının (Gümrü, Ermənistan) 800 hərbçisi daha sonra döyüş bölgəsinə göndərilmək üçün Rusiya Federasiyasına aparılıb.
Ukrayna ordusuna 1 milyon köçürən azərbaycanlı GÖRÜN KİM İMİŞ - FOTO
Oxu24.com
ŞƏRHLƏR