Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6683
az

“Oğlum 8-ci sinifdən ingilis dilində təhsil alıb” - Elmar Məmmədyarovun atası

17:3202 Noyabr, 2018
1006
  • A
 Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Xarici İşlər Naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov turkustan.info saytına müsahibə verib. Video by Adributor

Oxu24.com  xəbər verir ki, atası nazirin gənclik illərindən danışıb. O deyib ki, Elmar 8-ci sinifdən ingilis dilində təhsil alıb:
 
"Elmar işlədiyi sahəni özü seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik diplomu verildi.
 
Dedi ki, mən beynəlxalq münasibətlərə getmək istəyirəm. Dedim ki, mənə bir nəfər azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi. Xalq Təsərrüfatı İnstitutunda o vaxt Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən daşındırsın. Razılaşdıq, 20 dəqiqədən sonra Elmar Zeynal müəllimin yanından çıxıb dedi ki, ata, səni çağırırlar.
 
Zeynal müəllim dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır. Onu göndərdilər Kiyevə – beynəlxalq münasibətlər fakültəsinə. Oranı bitirb gəldi, göndərdilər Xalq Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir çarpayı verdilər.
 
Mən də dedim ki, hə, yoldaş diplomat, aldınmı payını? Amma sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova onu SSRİ diplomatiya Akademiyasında aspiranturaya göndərdi. Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu".
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ukraynaya 1 milyon dollar     yardım       ayırdı
Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto