Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66814
az

Qazaxıstandan Rusiya ilə bağlı kritik qərar – “Məsələ həll olunanadək...”

00:3713 Mart, 2022
511
DÜNYA
  • A

Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşları ləğv edib. Teleqraf.com-a  xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda uçuşların dünəndən etibarən dayandırıldığı bildirilib.

“Qazaq Air” sığorta şirkətindən Rusiyada və onun hava məkanında sığorta təminatının verilməməsi ilə bağlı bildiriş alıb. Bu vəziyyəti nəzərə alaraq, aviaşirkət Rusiya ərazisi üzərində sığorta təminatı məsələsi həll olunana qədər Rusiyaya uçuşlar həyata keçirə bilməz”, - məlumatda deyilib.

Bununla əlaqədar martın 12-də Novosibirskə uçan reys artıq ləğv edilib. Sərnişinlərə pulun geri qaytarılacağı vəd edilir.

İki gün əvvəl Qazaxıstanın digər aviaşirkəti “Air Astana” da Rusiyaya uçuşları dayandırdığını açıqlayıb. Uçuşların dayandırılmasına səbəb həm də Rusiya ərazisi üzərindən kommersiya uçuşlarının sığorta təminatının dayandırılması olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu dənizdə ABŞ-ın neft tankeri VURULDU
Sahara səhrası su altında qaldı - VİDEO
Ukraynada teleqram qadağan edilə bilər

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi