Sanksiyalardan milyardlarla dollar zərər görən Rusiyanın ən zəngin iş adamı Vladimir Potanin Ukraynaya müdaxilədən sonra Qərbin sanksiyalarına öz sanksiyaları ilə cavab verməyə hazırlaşan Kremlə xəbərdarlıq edib.
OXU24.COM -un məlumatına görə, metal nəhəngi Norilsk Nikelin (NILSY) rəhbəri və ən böyük səhmdarı Vladimir Potanin vurğulayıb ki, Rusiya Qərb şirkətləri və investorlarına qapını bağlasa, 1917-ci il inqilabının təlatümlü günlərinə qayıtmaq riski var.
Potanin Rusiya hökumətini aktivlərin ələ keçirilməsi ilə bağlı son dərəcə ehtiyatlı olmağa çağırıb.
Norilsk Nikel dünyanın ən böyük palladium və yüksək keyfiyyətli nikel, həmçinin əsas platin və mis istehsalçısıdır. Şirkət və onun əsas məhsulları Rusiya iqtisadiyyatını çökdürən Qərb ölkələrinin tətbiq etdiyi cəza sanksiyalarından xilas ola bilib.
Sərvətinin dörddə birini itirdi
“Bloomberg”in məlumatına görə, Rusiyanın ən zəngin milyarderi Potaninin sərvəti bu il “Norilsk Nikel”in səhmlərinin düşməsi nəticəsində sərvətinin təxminən dörddə birini itirməsinə baxmayaraq, hələ də təxminən 22,5 milyard dollar sərvəti var. London birjasında şirkətin səhmləri 90 faizdən çox dəyər itirib.
“Norilsk Nikel”in rəhbərinin yaydığı mesajda bildirilir: “Birincisi, biz onilliklər ərzində belə bir addımın nəticələrini yaşayacağıq. İkincisi, bir çox şirkətlərin Rusiyadakı fəaliyyətini dayandırmaq qərarı, mən deyərdim ki, bir qədər emosional xarakter daşıyır. Bu qərar beynəlxalq ictimaiyyətin görünməmiş təzyiqi nəticəsində qəbul edilmiş ola bilər. Ona görə də çox güman ki, bu şirkətlər geri qayıdacaqlar”
Oxu24.com
ŞƏRHLƏR