Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66799
az

Azərbaycanlı milyonçu Ukraynada nə edib ki,tutulub? - FOTO

21:3512 Mart, 2022
751
REDAKTORUN SEÇİMİ
  • A

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi ölkənin qərbində, Zakarpat vilayətində azərbaycanlı biznesmen Vaqif Əliyevi saxlayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.

“Xalq deputatı Dubinski xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi Zakarpatye bölgəsində biznesmen Vaqif Əliyevi saxlayıb. Səbəblər məlum deyil”, - UNİAN agentliyi məlumat verir.

Bildirilir ki, Vaqif Əliyev ukraynalı oliqarx Firtaşın və rusiyameylli müxalif “Müxalifət platforması-Həyat uğrunda” partiyasından deputat Vadim Stolyarın biznes tərəfdaşıdır. Əliyevin ikili vətəndaşlığının olduğu, Rusiya pasportu daşıdığı haqda məlumat var.

Vaqif Əhməd oğlu Əliyev 1969-cu ildə Türkmənistanda anadan olub, milliyyətcə azərbaycanlıdır. Ukraynanın on ən iri biznesmenlərindən və developerlərindən biridir. Onun əsas fəaliyyəti kommersiya təyinatlı daşınmaz əmlakın inşası və icarəyə verilməsidir. Kiyevdəki məşhur “Mandarin Plaza” ticarət mərkəzinin, o cümlədən “Senator”, “Parus” və digər ticarət mərkəzlərinin sahibidir.

 

Biznesə hələ məktəbdə oxuyandan başlayıb, məktəbli olanda teatr biletləri alaraq məktəb yoldaşlarına baha qiymətə satıb. 14 yaşında isə dostu və onun atası ilə birlikdə Rusiyanın Tolyatti şəhərindən Kislovodska “Jiqulİ” ehtiyat hissələri daşıyıb satmağa başlayıb. O zaman ehtiyat hissələri qıt olduğundan Əliyevin işləri yaxşı gedib, 18 yaşında artıq o özünə üçotaqlı ev və maşın almışdı...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Separatçılarla bağlı qərar verildi
Bakıda 80 min manatlıq saatın oğurluğu kameraya düşdü - VİDEO
Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi