Xətai Rayon Məhkəməsində marketdən oğurluq edən şəxsi döyən satıcı Tahir Rəşidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu24.com report-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, sentyabr ayında Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR