Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66735
az

Rusiyanı dəhşətə gətirəcək görüntü yayıldı: Xeyli sayda əsgər əsir alınıb

21:0611 Mart, 2022
968
SON DƏQİQƏ
  • A

Ukraynanın Sumı vilayətinin Romenşina qəsəbəsi yaxınlığında bu gün martın 11-də Rusiya ordusunun bir bölük əsgəri yerli özünümüdafiə dəstələrinin və polisin qüvvələri tərəfindən əsir alınıb.

Oxu24.com  Ukrayna mənbələrinə istinadən xəbər verir ki, həmin bölük Rusiya sərhədinə tərəf geri qayıdarkən yerli sakinlər tərəfindən aşkar edilib.

Ukrayna Milli Polisi əsir alınanların fotosunu da dərc edib. Bildirilir ki, rusiyalı hərbçiləri çöllük ərazidə görüblər. 29 nəfərdən ibarət qrup çöllük ərazilərdən keçərək  əllərindəki xəritənin köməyi ilə Rusiya sərhədinə tərəf getməyə çalışırdılar. Lakin bu “yürüş-həmləni” həyata keçirmək onlara nəsib olmayıb. Üst-başları palçıq içində olan, günlərdir ac olduqları bildirilən rus əsgərləri tam tərkibdə əsir alınıb.

 

Digər məlumata görə, Kiyev ətrafına cəmləşdirilmiş Rusiya qoşunlarının ən azından bir qismini tezliklə Belarusa geri qaytarmağa hazırlaşırlar. Bu haqda rusiyalı hərbçilərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığından məlum olub. 

 

“Yaxşı xəbərlər dolaşır ki, tezliklə bizi Belarusa qaytaracaqlar. Orada texnika ilə, adamlarla yenidən komplektləşdirməni gözləyəcəyik...Ümid edirəm ki, bizi artıq evə göndərəcəklər. Bizdə adam sadəcə olaraq az qalıb. Çox adam həlak olub, yaralıların sayı da çoxdur”, - həmin rusiyalı hərbçi bildirir. O əlavə edir ki, heç texnikaları da qalmayıb, sıradan çıxarılıb. Üstəlik ərzaqları da tükənib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin sabiq rəisi həbs olunub
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ! Azərbaycan uçuşları dayandırdı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO