Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66730
az

Prezident  FƏRMAN İMZALADI

20:2911 Mart, 2022
956
SİYASƏT
  • A

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan tələb olunan sənədlərin siyahısı genişləndirilib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə Əsasnaməyə 3.2.6-cı yarımbənd əlavə edilib. Yarımbəndə əsasən, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı:

Ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış tələb olunacaq.


Qeyd edək ki, əvvəlki Əsasnamədə ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunurdu:

3.2.1. ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (1 və 2 nömrəli əlavələr);

3.2.2. vətəndaşın şəxsiyyət vəsiqəsi;

3.2.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

3.2.4. pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə – bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər;

3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

SON DƏQİQƏ: Zelenski ŞAD XƏBƏRİ ELAN ETDİ - Ukrayna Rusiyaya qalib gəlir 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada 100-ə yaxın namizəd ikinci turda iştirakdan imtina etdi -SƏBƏB
“Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı
Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM