Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66693
az

TƏCİLİ XƏBƏR! Ukrayna ordusu Rusiya qüvvələrinə hücum etdi: İşğalçı qüvvələrə başçılıq edən komandir öldürüldü

23:0610 Mart, 2022
1384
ÖZƏL BÖLÜM
  • A

Ukraynada, Kiyev ətrafında bu gün səhər saatlarında Rusiya ordusunun iri zirehli texnika kalonu pusquya düşüb və ciddi itkilər verib. O cümlədən tank polkunun komandiri öldürülüb.

Oxu24.com  xəbər verir ki, ukraynalı hərbi jurnalist Andrey Sapliyenko özünün Telegram-kanalında həmin zərbələrin pilotsuz aparatdan çəkilmiş videokadrlarını paylaşıb. Bundan əlavə, döyüşdən dərhal sonra Ukrayna xüsusi xidmət orqanları Rusiya hərbçiləri arasında radiodanışıqları qeydə alıblar və həmin danışıqlarda polk komandirinin öldürüldüyü, çoxsaylı itkilərin olduğu bildirilir.

Kadrlara əsasən çoxsaylı zirehli texnikadan və tanklardan ibarət kalona Kiyev vilayətinin Brovar rayonunda, şose yolda şiddətli zərbələr endirilir. “Altıncı polk demək olar ki, itirildi. Hələlik məruzə edə bilmərəm, informasiyaları toplayıram. Olduqca çox itki var. Bizi gözləyirdilər, kalonun qabağı pusquya düşdü. Polk komandiri həlak oldu, qalanlarını araşdırıram. Oradan artilleriya, tanklar vururdu. Pilotsuz təyyarələr, başa düşdüyüm qədər “Bayraktar”lar uçur. Qalan itkilər barədə indi araşdırıram”, - rusiyalı hərbçilərdən biri digərinə məruzə edir.

 

Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti isə bildirir ki, Brovar rayonunda döyüşlər zamanı Rusiyanın Mərkəz hərbi dairəsinin 90-cı tank diviziyasının 6-cı tank polku 239-cu batalyon-taktiki qruplaşması ilə birlikdə şəxsi heyət və texnika sarıdan əhəmiyyətli itkilər verib. Döyüşlər zamanı polk komandiri, polkovnik A.Zaxarov da məhv edilib. Nəticədə həmin qüvvələrin qalıqları geri çəkilməli olub və müdafiə mövqeyi tutub.

Polkovnik A.Zaxarov 2016-cı ildə mayor rütbəsində olarkən Vladimir Putindən orden alıb. Digər ukraynalı hərbi jurnalist Yuri Butusov isə məlumat verib ki, şimal istiqamətində Ukrayna ordusu Rusiyanın tank kalonuna zərbələr endirib. Bir neçə texnika sıradan çıxarılıb, bir T-72 tankı saz vəziyyətdə qənimət götürülüb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı