Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66652
az

Nabiullina da getmək istəyir? - “Putin istefasını qəbul etməyib”

22:5209 Mart, 2022
465
DÜNYA
  • A

“Rusiya Mərkəzi Bankının sədri yaranmış situasiyaya hazır olmadığı üçün istefa verib. Siçanlar rus gəmisindən qaçmağa başlayıblar. İstefa qəbul edilməyib. Putin özü ilə birgə ətrafını da dibə dartır...”

Bu sözləri Ukraynanın sabiq baş naziri Aleksey Qonçaruk Özünün “Facebook” səhifəsində yazıb. Məlumatı “Obozrevatel” nəşri də öz mənbələrinə istinadla təsdiqləyib.

Məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Elvira Nabiullina Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən ölkənin pul-maliyyə sisteminin ağır duruma düşməsi və prosesi idarə etməyin mümkünsüzlüyünü nəzərə alaraq, istefa verib. Hətta baş nazir Mixail Mişustinlə görüşərək, qərarının Putinə çatdırılmasını istəyib. Lakin Rusiya başçısı istefanı qəbul etməyib.

Qeyd edək ki, Rusiyada milli valyutanın sürətlə dəyər itirməsi davam edir. Artıq martın 9-u səhər 1 dolların 190-200 rubl civarında olduğu bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə Ordusuna AĞIR İTKİ
Rusiya İran dronları ilə kütləvi şəkildə Ukraynaya hücuma keçdi
Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər