Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6664
az

İsraildə qapalı toplantı: Xomeynini öldürmək planı müzakirə olundu... - MOSSAD-ın şok mövqeyi

10:0302 Noyabr, 2018
1017
DÜNYA
  • A
MOSSAD-a İran islam inqilabının ideoloqu və lideri Ayətullah Ruhullah Mustafavi Musəvi Xomeynini öldürmək təklifi verilibmiş. Ancaq İsrail kəşfiyyatı təklifə müsbət yanaşmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə MOSSAD-ın əməkdaşı olmuş Yossi Alpher qələmə aldığı kitabda yazıb.

Müəllif qeyd edib ki, İranda şah üsul-idarəsinin sonuncu baş naziri Şahpur Bəxtiyar MOSSAD agentlərinə Ayətullah Xomeynini öldürmək istədiyini bildirib.

“İsrailin Yaxın Şərqdə müttəfiqlik axtarışı” adlı kitabın müəllifi yazır ki, Şahpur Bəxtiyar 1979-cu ilin yanvarında MOSSAD əməkdaşı Elizer Tzafrirdən Fransanın paytaxtı Parisdə yaşayan islam inqilabının lideri Xomeyninin öldürülməsini istəyir.

İsrail o dövrdə Şah Məhəmməd Rıza Pəhləvi ilə yaxın əlaqələr qurmuşdu. Pəhləvi İran inqilabı öncəsi Şahpur Bəxtiyara Xomeynini aradan götürülməsi təklifini verib. Bəxtiyar da öz növbəsində MOSSAD casusu Elizer Tzafrirdən xahiş edib ki, Təl-Əvivdə MOSSAD rəhbərliyinə Xomeyninin öldürülməsini istədiklərini çatdırsın.

Müəllif MOSSAD direktoru Yitzhak Hofinin Xomeyni ilə bağlı keçirdiyi toplantının detallarını da açıqlayıb:

“Toplantıya qatılanların çoxu İran tərəfinin bu tələbinin yerinə yetirilməsinə tərəfdar idi. Lakin MOSSAD direktoru Hofi Xomeyninin qətlinin etik olmadığını əsas gətirərək sui-qəsd planının qurulmasına və islam inqilabı liderinin aradan götürülməsinə icazə vermədi. Mən də MOSSAD rəsmilərinə Xomeynin kim olduğuna dair yetərli informasiyaya malik olmadığımızı bildirdim. Ancaq indi bu tələbin həyata keçirilmədiyinə görə peşmanam”.

Vaxtilə İraq da Şah Pəhləvidən Xomeynin edam edilməsi üçün geri qaytarılmasını təklif edib, ancaq şah ayətullahın Fransada sürgündə qalacağını söyləyərək bu təklifi rədd edib.

Xatırladaq ki, sonradan İran İslam İnqilabının lideri və ideoloqu kimi tarixə düşən Xomeyni 1962-1963-ci illərdə Şah Məhəmməd Rıza Pəhləvinin keçirdiyi torpaq referendumu çərçivəsində dini dərnək və cəmiyyətlərin mülkünə əl qoyulmasına qarşı müxalif çıxışlar etdiyi üçün həbs olunmuşdu.

1964-cü ildə Xomeyni Türkiyəyə, bir müddət sonra isə İraqa sürgün olundu. Xomeyni burada 14 il qaldıqdan sonra şahın təzyiqləri ilə 1978-ci ilin yayında İraq lideri Səddam Hüseyn onu ölkəsindən çıxardı. İraqı tərk edən Xomeyni yolunu Parisə saldı. Onun Parisdə verdiyi mesajlar İranda böyük kütləvi çıxışlara səbəb oldu.

Şah Pəhləvi 1979-cu ilin yanvarın 16-da İranı tərk etmək məcburiyyətində qaldı.

Xomeyni isə fevralın 1-də Parisdən Tehrana qayıtdı və hava limanında onu yüz minlərlə insan qarşıladı. Beləcə, İranda şahlıq ənənəsinə son qoyuldu. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı