Xoşqədəm Hidayətqızı bir aylıq məvacibini aparıcısı olduğu "Səni axtarıram" verilişində müalicəsi üçün pul yığılan 3 yaşlı Mələk adlı uşağa bağışlayıb.
Oxu24.com-un "Ölkə.Az"-a istinadənverdiyi məlumatına görə, o, bu barədə canlı yayımda bildirib:
"Bu aylıq məvacibimi - min manatı Mələyin müalicəsi üçün bağışlayıram. Digər əməkdaşlarımız da müəyyən məbləğdə kömək ediblər. Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Mələk adlı qız ürək çatışmazlığından əziyyət çəkir. Oxu24.com
ŞƏRHLƏR