Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66592
az

Rus hərbçilərdən Ukraynada daha bir vəhşilik - tankla maşının üzərindən keçdilər - FOTO

21:2207 Mart, 2022
366
DÜNYA
  • A

Ukraynanın Zaporojye vilayətində Rusiya hərbçiləri “Ukrposhta”nın (Ukrayna Poçt xidməti) avtomobili atəşə tutub və onun üzərindən tankla keçiblər. Bir kişi və bir qadın hadisə yerində ölüb.

OXU24.COM UNİAN-a istinadla xəbər verir ki, bu barədə Zaporojye Vilayət Şəhər Administrasiyası məlumat yayıb.

Həmin gün “Ukrposhta”nın işçiləri Orexovo, Omelnik, Yeqorovka və Novoselovka qəsəbələrindən keçən marşrutla pensiya və poçt göndərirdilər. Yeqorovka və Novoselovka qəsəbələri arasındakı yolda Rusiya hərbçiləri tankı mülki avtomobilin qarşısına çıxıb.

Avtomobilin sürücüsü hərbi maşınların keçməsi üçün bir qədər sağa dönüb, lakin buna cavab olaraq hərbçilər mülki avtomobilə atəş açıb, sonra onun üzərindən keçiblər.

Şəhər administrasiyasından bildiriblər ki, sağ qalanların olması ümidi ilə əraziyə gedən həmkarlar hamının öldüyünü görüblər və yalnız fotolar çəkə biliblər, çünki ərazidə döyüş əməliyyatlarının aparılması və hərbi texnikanın hərəkəti ilə əlaqədar hazırda ölənlərin meyitlərinin təxliyəsi mümkün deyil.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu dənizdə ABŞ-ın neft tankeri VURULDU
Sahara səhrası su altında qaldı - VİDEO
Ukraynada teleqram qadağan edilə bilər

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Yasamalda 20 yaşlı qız özünü binadan atıb