Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66574
az

Azərbaycan MN Rusiya sülhməramlılarına xəbərdarlıq etdi

18:1907 Mart, 2022
273
CƏMİYYƏT
  • A



Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.

MN-dən Qaynarinfo-ya bildirilib ki, Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur.

Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur.

Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yerin maqnitosferi SİLKƏLƏNƏ BİLƏR -Bu tarixdə...
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər -VİDEO
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ

“Mələk”lər illər sonra qayıtdılar...- Fotolar

18+

Yuxuda sekslə məşğul olmaq nəyə işarədir? - Yuxu yozmaları
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Səhərlər öskürmək bu xəstəliyin əlamətidir
Prokuror xaricdə təhsil adı ilə 164 minlik dələduzluqda ittiham olunanlara cəza istədi