Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6651
az

Lotu Bəxtiyar, Quli, Rövşən, Hikmət, Mamed - Onlar ilk dəfə neçə yaşında və niyə həbsə düşüb? -

15:4601 Noyabr, 2018
2746
KRİMİNAL
  • A
Qanuni oğru və ya qanunda oğru fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya tituludur. Sovetlər dövründə daha çox populyarlıq qazanan bu "dünya”nın sakinləri həbsxanalarda "qayda-qanun” yaratmağa "məsuldurlar”.

AZXEBER.COM Azərbaycanın tanınmış "vorlar”ının ilk dəfə hansı səbəbdən həbs olunması ilə bağlı araşdırma aparıb.

Lotu Bəxtiyar ləqəbli Bəxtiyar Kərimov 1959-cu il martın 21-də Novxanıda anadan olub. O ilk dəfə 17 yaşında 1976-ci il iyul ayının 22-də məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Sonradan Maykopdakı uşaq koloniyasına köçürülüb. Bununla da "oğru dünyası”na ilk addımlarını atıb.

1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb, bu sınaqdan çox asanlıqla keçib.

Cəmiyyətdə kifayət qədər məşhurluq qazanan Bəxtiyar 1998-ci il aprelin 6-da həbsxana şəraitində qara ciyər serrozundan vəfat edib.

Lotu Hikmət ləqəbli Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 18 yaşı olarkən - 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən müstəntiq oğlu ilə dalaşıb və ilk məhkumluğu yaşayıb. 3 il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.

2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilən Lotu Hikmət öz xatirələrində yazır: "Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb”.

Masallı Mamed ləqəbli Məmməd Hüseynov 4 noyabr 1961-ci ildə Masallıda anadan olub. İlk dəfə 17 yaşında atası İsgəndər Hüseynovun təəssübünü çəkdiyinə görə, həbs olunub və 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında çəkib.

1993-cü ilin dekabrında Bakıda "qanuni oğru”lar "Lotu Bəxtiyar”, "Sabirabadlı Hikmət”, "Dağlı Cavanşir”, "Yetim Hüseyn”, "Ənvər Sovetski” və "İrəvanlı Faiq”in iştirakı ilə Mamedə "qanuni oğru” titulu verilir. 2011-ci il martın 21-də həbsxana şəraitində xəstəlik səbəbindən dünyasını dəyişib.

Rövşən Lənkəranski ləqəbli Rövşən Canıyev 27 yanvar 1975-ci ildə Lənkəranda polis ailəsində anadan olub. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib.

2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub. Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilib.

Lotu Quli ləqəbli Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli” hazırda "oğru aləmi”ndə nüfuzlu simalardan biridir. Bir müddət öncə azadlığa çıxan Lotu Quli xaricdədir. Onuna Gürcüstan və Türkiyədə olduğu iddia olunur.

Rafiq Masallinski ləqəbli Rafiq Eyvazov 21 yanvar 1982-ci ildə Masallıda anadan olub. Orta məktəbin sonuncu siniflərində həbs olunan Rafiq Masallinskinin hazırda Türkiyədə yaşadığı deyilir. Onu kriminal aləmdə Masallı Mamedin varisi hesab edənlər də var. İki dəfə həbs həyatı yaşayan Rafiq Masallinskinin hazırda Türkiyədə yaşadığı söylənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı