Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6645
az

ŞOK! Rəsmən təsdiqləndi -Qaşıqçını mişarla doğrayıblar + HADİSƏ YERİNDƏN İLK VİDEO

13:0901 Noyabr, 2018
2825
DÜNYA
  • A
 "Jurnalist Camal Qaşıqçı əvvəlcədən tərtib olunan plana əsasən Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olan kimi boğularaq öldürülüb”.

Bu barədə İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

İstanbul Baş Prokurorluğu Qaşıqçının qətlinin şok detallarını açıqlayıb. Məlumatda qeyd olunub ki, onun meyiti daha sonra parçalara ayrılaraq yox edilib.
Eyni zamanda Türkiyə tərəfi iki ölkənin prokurorluqları arasında qətlin araşdırılması üçün aparılan danışıqlar nəticəsiz qaldığını da vurğulayıb.


Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli "Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.
Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən "Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO
Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır