Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsi maşınları ilə yük daşıdıqları üçün cərimələnən sürücülərin etirazını dinləyib.
Oxu24.com Missiya.Az-a istinadən xəbər verir ki, sürücülər oktyabrın 26-dan etibarən Bakının mərkəzi küçələrində hərəkət etdikləri üçün radara düşüblər. Onların hər birinə 40 manat cərimə yazılıb. Sürücülər isə bu cərimələri qanunsuz hesab edir və radarların silinməsini istəyir. Şikayətçilərin qarşısına çıxan Hacıbala Abutalıbov etiraz edənləri dinləyib və məsələni yerindəcə həll etməyə çalışıb.
"Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrıseçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm".
Hacıbala Abutalıbovun telefonla danışarkən işlətdiyi cümlə etiraz edənlərin alqışları ilə qarşılanıb. O telefonla danışdığı şəxsə deyib ki, qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!
Baş nazirin müavini protokolların dərhal ləğv edilməsini tələb edib.
"Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Ümumi qərar qəbul edək ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq".
Oxu24.com
ŞƏRHLƏR