Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Belarusa qarşı yeni sanksiyalar, o cümlədən iqtisadi sanksiyalar barədə razılığa gəliblər.
“Coreper II” indicə yeni sanksiyaları təsdiqlədi: Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edən Belarus rəsmiləri və hərbçiləri, Belarus iqtisadiyyatının müəyyən sektorları, xüsusilə meşə təsərrüfatı, polad və kalium sektorlarına qarşı”, - deyə Aİ dövlətləri şurasının Fransa sədrliyi “Twitter”də yazıb.
Müvafiq tədbirlər Aİ-nin rəsmi jurnalında dərc olunacaq və bundan sonra qüvvəyə minəcək.
Oxu24.com
ŞƏRHLƏR