Xəbər verdiyimiz kimi, 27 oktyabrda İngiltərənin “Lester Siti” klubunun tailandlı sahibi Vişay Şrivaddanaprabhanın helikopteri qəzaya uğrayıb.
Oxu24.com xəbər verir ki, “Vest-Hem”lə (1:1) oyundan sonra “King Power “ stadionundan havaya qalxan helikopter stadionun avtomobil dayanacağına düşüb və yanıb.
Qəzada 5 nəfər dünyasını dəyişib.
Helikopterin qəzaya düşdüyü anın görüntüsü isə yeni yayılıb.
Məlumat üçün bildirək ki, hadisə ilə bağlı “Lester Siti”nin İngiltərə Liqa Kuboku çərçivəsində “Sauthempton”la keçirməli olduğu oyun təxirə salınıb.
Qeyd edək ki, Vişay 2010-cu ilin avqustundan “Lester Siti”nin sahibi olub. Klub onun rəhbərliyi ilə 2015/2016 mövsümündə İngiltərə çempionluğu yaşayıb.
Oxu24.com
ŞƏRHLƏR