Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam imzaladı

SİYASƏT

1049

31.10.2018, 19:54

\"\" İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Oxu24.com-un məlumatına görə, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860, 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 9, maddə 1643) aşağıdakı dəyişikliklər edilsin: 1. 2-ci hissədə “dövlət orqanları” sözlərindən sonra “, dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər (bundan sonra – dövlət qurumları)” sözləri əlavə edilsin və “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin. 2. 3.2-ci bənddə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin. *** İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar müəllim” Aslanova Emma Əli qızı Cavadov Asif Şəmil oğlu Fətəliyeva Gülsüm İsa qızı Kərimzadə Pərvin Orxan qızı Quliyev Əliqulu Umud oğlu Məmmədov Fəxrəddin Həsən oğlu Yusibov Mübariz İmran oğlu “Əməkdar mühəndis” Həsənov Fəxrəddin Şərif oğlu. *** İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər: Alverdiyev İsfəndiyar Cavid oğlu Əfəndiyev Üzeyir Qiyas oğlu Əhmədova Sevda Zahid qızı Həsənov Vasif İlkan oğlu Xurşudov Şahin Nadir oğlu Kərimov Heydər Nəsib oğlu Kubışov İlqar Nadir oğlu Qurbanov Qulu Baba oğlu Məmmədov Mərdan Mürsəl oğlu Məmmədova Vəfa Fərman qızı Novruzov Vaqif Seyfəddin oğlu Tağıyev Şahin Tağı oğlu Vəliyev Murad Turab oğlu Yusifov Elturan Cahad oğlu Zeynalov Zakir Mikayıl oğlu. *** İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860, 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 9, maddə 1643) aşağıdakı dəyişikliklər edilsin: 1. 2-ci hissədə “dövlət orqanları” sözlərindən sonra “, dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər (bundan sonra – dövlət qurumları)” sözləri əlavə edilsin və “dövlət orqanlarının” sözləri “dövlət qurumlarının” sözləri ilə əvəz edilsin. 2. 3.2-ci bənddə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.