Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66174
az

Ukrayna-Rusiya danışıqları başlayıb

20:5627 Fevral, 2022
326
SİYASƏT
  • A

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.

Oxu24.com “unian”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.

Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib:

“Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib 21-ci əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.

Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnaməyə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək hüququna malikdirlər.

Bununla əlaqədar olaraq, Rusiya işğalçılarına qarşı müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq arzusunu ifadə edən bütün əcnəbilər Ukrayna rəhbərliyi tərəfindən dövlətimizə gəlməyə və Ərazi Müdafiə Qoşunları sıralarına qoşulmağa dəvət olunur. Əcnəbilərdən ayrıca bir bölmə - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu yaradılır.

Beynəlxalq legionda qeydiyyatdan keçmək və bütün təfərrüatlar üçün Ukraynanı müdafiə etmək istəyən şəxs öz dövlətində Ukrayna səfirliyinin müdafiə attaşesi ilə əlaqə saxlaya bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...
Tbilisidə polis kütləvi həbslərə başladı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO